Bu gün BAKU.WS-in yaranmasından 22 il keçir
Far.Az xəbər saytı

Bu gün BAKU.WS-in yaranmasından 22 il keçir


Bu gün - 5 yanvar tarixində Far.Az-in fəaliyyətə başlamasından 22 il keçir.

Kiçik kollektiv və məhdud imkanlarla yoluna başlayan Far.Az, qısa müddətdə Azərbaycan internet mediasında öz yerini tutmağı bacarıb. Operativlik, dəqiqlik və peşəkarlıq saytın əsas üstünlükləri olub və bu xüsusiyyətlər oxucuların etibarını qazandırıb.

Bu gün Far.Az Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən, ölkənin ən çox oxunan və güvənilən xəbər saytlarından biridir. Burada ölkədə və dünyada baş verən siyasi, sosial, iqtisadi, mədəni və idman hadisələri operativ və aydın dildə oxuculara təqdim olunur.

22 il ərzində Far.Az daim eksklüziv xəbərləri ilə seçilib və etibarlı xəbər mənbəyi statusunu qoruyub saxlayıb. Xüsusilə Vətən müharibəsi dövründə komanda böyük məsuliyyətlə çalışaraq, rəsmi mənbələrə əsaslanan dəqiq məlumatları oxuculara çatdırıb və qələbələrimizi qürurla işıqlandırıb.

Bu il Far.Az-in 5 əməkdaşı Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə təsis olunan "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif edilib.

Far.Az sosial mediada da güclü mövqeyə malikdir. Xüsusilə Instagram səhifəsi Azərbaycanın ən çox oxunan xəbər səhifələrindən biridir. Səhifənin izləyici sayı 1,5 milyona yaxındır, paylaşımlar isə ay ərzində 300-450 milyona yaxın baxış toplayır. Bu rəqəmlər oxucuların Far.Az-ə olan etibarının göstəricisidir.

22 ildə qazanılan uğurlar, mükafatlar və oxucu sevgisi Far.Az-i Azərbaycanın aparıcı media qurumlarından birinə çevirib. Far.Az komandası oxucuların etimadını doğrultmaq üçün bundan sonra da eyni əzmlə yoluna davam edəcək.

Oxucuların etibarı bizim üçün ən vacibdir!

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər