"Samsung" 500 milyon dollarlıq tankerlərin inşasına dair müqavilə imzalayıb
Far.Az xəbər saytı

"Samsung" 500 milyon dollarlıq tankerlərin inşasına dair müqavilə imzalayıb


Cənubi Koreyanın "Samsung Heavy Industries" şirkəti Okeaniya regionundan olan gəmi sahibi üçün iki mayeləşdirilmiş təbii qaz tankeri inşası üçün 721,1 milyard von (təxminən 499 milyon dollar) məbləğində müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi şirkətin bəyanatına istinadən bildirib.

Məlumata görə, 2025-ci ilin sonuna şirkətin sifariş portfelində ümumi dəyəri 28,6 milyard dollar olan 133 gəmi mövcuddur.

"Qlobal mayeləşdirilmiş təbii qaz tankerlərinə tələbatın bərpası fonunda "Samsung Heavy Industries" il ərzində yeni sifarişlərin davamlı axınını gözləyir", - qeyd edilib.

Oxşar xəbərlər

30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər