Bu ilin səkkiz ayı ərzində beş tondan çox narkotik dövriyyədən çıxarılıb
Far.Az xəbər saytı

Bu ilin səkkiz ayı ərzində beş tondan çox narkotik dövriyyədən çıxarılıb


Bu ilin yanvar-avqust ayları ərzində beş tondan çox narkotik dövriyyədən çıxarılıb.

"Far.Az" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 092 kq 868,748 qr narkotik vasitələrin və psixotrop maddələrin 471 kq 204,959 qr-nı heroin, 4 ton 178 kq 838,75 qr-nı marixuana, 127 kq 993,641 qr-nı tiryək, 30 kq 959,401 qr-nı həşiş, 164 kq 202,097 qr-nı psixotrop maddələr, 119 kq 669,9 qr-nı digər narkotik vasitələr təşkil edib.

"Həmçinin göstərilən dövr ərzində 14768 ədəd metadon, 12621 ədəd çətənə kolu, 44 qr və 240 ədəd güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Bu il 45 əcnəbi saxlanılıb, onlarda 110 kq-dan çox narkotik aşkar edilib
Bu il dəyəri 120 milyon manatdan çox olan narkotik vasitə dövriyyədən çıxarılıb
Baş İdarə bir ay ərzində 352 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
Bu il 5040 nəfər narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunub
İran vətəndaşından əldə edilən 41 kiloqram narkotik dövriyyədən çıxarılıb, iki nəfər həbs olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər