"Azexport" Kaliforniyadan sifariş alıb
Far.Az xəbər saytı

"Azexport" Kaliforniyadan sifariş alıb


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı 2026-cı il üçün ilk ixrac sifarişini Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatından qəbul edib.

"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, portalın rəhbəri Ayxan Qədəşov və Kaliforniyada yerləşən ticarət şəbəkəsinin rəhbəri Aleks Alşvenq arasında keçirilən onlayn təqdimat və müzakirələr nəticəsində bu barədə razılıq əldə edilib.

A.Qədəşov bildirib ki, sifarişlər əsasən Azərbaycanda istehsal edilən emal olunmuş məhsulları, şirniyyat və qənnadı məmulatlarını, eləcə də bəzi milli kulinariya məhsullarını əhatə edir. Hazırda qəbul olunmuş sifarişlər üzrə beynəlxalq sertifikatlaşdırma, ABŞ tələblərinə uyğun etiketləmə, logistika və gömrük prosedurlarının təşkili istiqamətində zəruri işlər həyata keçirilir. Bu proseslərin məqsədi Azərbaycan məhsullarının Kaliforniya bazarına sistemli və davamlı çıxışını daha da möhkəmləndirməkdir.

"Azexport" yerli istehsalçıların məhsullarının beynəlxalq alıcılara təqdim olunması, eləcə də onlayn platformalar vasitəsilə rəqəmsal reklam və marketinq kampaniyalarının həyata keçirilməsi üzrə fəaliyyət göstərir. Portalda qeydiyyat və təqdim olunan xidmətlər istehsalçılar üçün ödənişsizdir.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər