Eldəniz Əzizli: "Aleksandr Tarakanov Azərbaycan millisinə gətirilmiş ən uğurlu baş məşqçidir"
Aleksandr Tarakanov yunan-Roma güləşi üzrə Azərbaycan millisinə gətirilmiş ən uğurlu baş məşqçilərdən biri, hətta birincisidir.
Bu barədə "Report"a yığmanın aparıcı üzvü Eldəniz Əzizli açıqlama verib.
O, komandadan ayrılan rusiyalı mütəxəssisin rəhbərliyi altında bir çox uğura imza atdıqlarını söyləyib:
"İdman elə sektordur ki, orada bir insanın, məşqçinin uğurlu olub-olmadığını ancaq nəticələrlə demək olar. Nəticə varsa, həmin mütəxəssisin təyinatı uğurlu hesab edilir. Əlbəttə, elə nüanslar var ki, kimisə daha yaxşı hesab edə bilərsən. Amma Tarakanovun işlədiyi illərə nəzər salanda, görürür ki, biz komanda olaraq tarixdə nail olmadığımız nəticələri qazanmışıq. Məhz onun dönəmində komanda olaraq iki dəfə Avropa, iki dəfə dünya çempionu olmuşuq".
4 qat dünya çempionu A.Tarakanovun baş məşqçi olduğu vaxtda dünya çempionatlarında 3 qızıl medala sahib çıxdığını xatırladıb:
"Bir dəfə isə Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışam. Digər mükafatların sayı isə daha çoxdur. Düşünürəm ki, Tarakanov çox uğurlu baş məşqçidir, komandada böyük nüfuza və hörmətə malik idi. İdmançıların sevgisini qazanmışdı. Onunla qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. Bu qərara hörmətlə yanaşırıq. Ümid edirəm ki, bundan sonra gələn mütəxəssis daha uğurlu olacaq. Tarakanov yığma tarixində ən çox bəyəndiyim baş məşqçi idi".
Qeyd edək ki, 2019-cu ilin oktyabrından baş məşqçi vəzifəsində çalışan A.Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, Tokio-2020 və Paris-2024 Yay Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













