"Xankəndi"nin koordinatoru: "Akademiyanı harada qura biləcəyimizlə bağlı araşdırma aparacağam"
Azərbaycanın II Liqa təmsilçisi "Xankəndi"nin baş məşqçi vəzifəsindən ayrılan və uşaq futbolu üzrə koordinatoru təyin edilən İbrahim Uzunca klubun akademiyasının harada qurulması ilə bağlı araşdırmalara başlayacaq.
Mütəxəssis bu barədə "Report"a açıqlamasında bildirib.
O, yeni vəzifədə ilk işinin nədən ibarət olacağını söyləyib:
"Akademiyanı harada qura biləcəyimizlə bağlı araşdırma aparacağam. Stadion, baza axtaracağam. Seleksiya üçün elan verəcəyik. Bu işlərlə məşğul olacağam. Hazırda "Neftçi"nin köhnə bazasını nəzərdə tutmuşuq. İlk mərhələdə bununla bağlı müraciət edəcəyik. Mərkəzi yerlərdə uyğun baza tapmaq istəyirik ki, bizə tələbat olsun. Uşaq akademiyası formalaşdırmaq asan deyil. Daimi yer axtarırıq. AFFA-ya da müraciət edəcəyik".
İ.Uzunca hazırda I Liqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparan bölgə komandasının gələcək taleyi ilə bağlı narahatlıq keçirdiyini də vurğulayıb:
"Komandanın formalaşması üçün çox əziyyət çəkdik. İki mövsüm ərzində cəmi bir dəfə uduzmuşuq. Böyük uğura nail olmuşuq. Gələcək baş məşqçinin qarşısında hazır komanda var. İnanıram ki, birlikdə komandanı layiq olduğu yerə daşıyacağıq. Baş məşqçi vəzifəsindən getsəm də, klubdan ayrılmıram. Əlbəttə, komandanın taleyi ilə bağlı bir qədər narahatlığım var. Çünki hazırda çox yaxşı pillədə və formadadır. Uyğun məşqçi ilə anlaşmaq istəyirik. I Liqaya yüksəlmək şansı olduğu, mən isə vaxt ayıra bilmədiyim və komandaya ziyan verə biləcəyimdən narahatlıq keçirdiyim üçün belə qərara gəldik".
Mütəxəssis eyni zamanda başqa yerdə çalışdığı üçün vaxt məhdudiyyəti yarandığını bildirib:
"Klub yeni, böyük bir akademiya qurmağı hədəfləyib. Bu səbəbdən işlərimiz çox olacaq, vaxt məhdudiyyəti yaranacaq. Ona görə də məni akademiyanın koordinatoru təyin etdilər. Paralel olaraq Türkiyə klubunun Azərbaycandakı uşaq futbol məktəbinin koordinatoruyam. Bu səbəbdən də vaxt məhdudiyyəti var. Qısası, "Xankəndi"yə baş məşqçi kimi vaxt ayıra bilməyəcəyəm. Ciddi, çempionluq uğrunda mübarizə aparan klubdur. Ona görə də qərara aldıq ki, yeni məşqçilər korpusu formalaşdıraq. Ümid edirəm ki, xeyirli olacaq".
Qeyd edək ki, İ.Uzunca bu gün "Xankəndi"nin baş məşqçi postundan ayrılıb. Lider "Qaradağ Lökbatan"la eyni - 39 xala malik "Xankəndi" hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













