İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin kredit borcu cüzi artıb
2025-ci il yanvarın 1-nə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin kredit borcu 242,459 milyon manat təşkil edib.
"Report" Xidmətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə 0,4% çoxdur.
İl ərzində qurumun Maliyyə Nazirliyinə borcu 5,1 % artaraq 159,348 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 2,9 % azalaraq 50,413 milyon manat, Fransanın korporativ və investisiya bankı "Natixis"ə borcu 0,4 % azalaraq 23,275 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu isə 36,3 % azalaraq 9,423 milyon manat olub.
Xidmətə borcu Maliyyə Nazirliyi faizsiz və illik 1%-lə, KfW illik 0,75%-lə, "Natixis" illik 2,45%-lə, Dünya Bankı illik 0,75%-lə, ADB illik 2,5%-lə verib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ölkə Prezidentinin 11 iyun 2004-cü il tarixli sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 400,427 milyon manatdır.
Xidmət suyun mənbələrdən götürülməsi, emalı, nəqli, anbarlanması və paylanılmasını təşkil edir, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tulantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir. Qurum içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini də təmin edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













