Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq "mygov" platformasında baxa biləcəklər
Far.Az xəbər saytı

Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq "mygov" platformasında baxa biləcəklər


"mygov" rəqəmsal hökumət platforması vətəndaşlara aid məlumat və sənədlərə rahat çıxış imkanı yaratmaq məqsədilə daha bir yenilik təqdim edir. Artıq valideynlər 18 yaşdan kiçik övladlarının laborator analiz nəticələrini birbaşa "mygov" üzərindən rəqəmsal formada əldə edə bilərlər.

Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə əməkdaşlığı nəticəsində həyata keçirilib.

Valideynlər platforma üzərindən övladlarına aid analiz tarixi, tibb müəssisəsinin adı, nümunə nömrəsi kimi məlumatları görə və analiz nəticələrini elektron formatda (PDF) yükləyə bilərlər. Bu isə tibb müəssisəsinə əlavə müraciət ehtiyacını aradan qaldıraraq xidmətlərin əlçatanlığını artırır.

Qeyd edək ki, yalnız şəxsiyyət vəsiqəsi olan şəxslərin (övladların) analiz nəticələrini platforma üzərindən əldə etmək mümkündür.

Məlumatlar həm veb platformada, həm də mobil tətbiqdə əlçatandır.

Məlumatı əldə etmək üçün:

· Platformanın əsas səhifəsində "Xidmətlər" bölməsinə keçid edilir;

· "Ailə" və ya "Sağlamlıq" kateqoriyası seçilir;

· "Övladlarımın laborator analiz nəticələri" bölməsinə klik edilir;

· Əgər müvafiq məlumatlar mövcuddursa, ekranda əks olunur;

· "Yüklə" düyməsinə klik edilərək məlumatla tanış olunur.

Xatırladaq ki, valideynlər "mygov"da övladlarına aid bir sıra məlumatları - şəxsiyyət vəsiqəsi, pasport, doğum haqqında şəhadətnamə və peyvənd məlumatları kimi rəsmi sənədləri də rəqəmsal formada əldə edirlər. Bu xidmətlərin genişləndirilməsi valideynlərə övladlarının vacib məlumatlarını vahid platformadan rəqəmsal şəkildə izləmək və istifadə etmək imkanı yaradır.

"mygov" mobil tətbiqini yükləmək üçün keçid: App Store | Play Store

Sosial media hesablarını izləmək üçün keçid

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər