Bu şəxslər 5 min manatadək CƏRİMƏLƏNƏCƏK
Far.Az xəbər saytı

Bu şəxslər 5 min manatadək CƏRİMƏLƏNƏCƏK


Azərbaycanda yaşıllıqların mühafizəsi ilə bağlı qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir.

Far.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilməsi nəzərdə tutulub.

Məcəlləyə təklif olunan yeni maddəyə görə, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 3 000 manat miqdarında, hüquqi şəxslər 5 000 manat miqdarında cərimə ediləcək.

Qeyd edək ki, dəyişiklik layihəsi parlamentin mayın 26-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Oxşar xəbərlər

Parlament İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib
Parlament İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər