Emin Hüseynov: "Azərbaycanda ilk dəfə məhz işğaldan azad edilmiş ərazilərdə ikitərəfli sayğaclardan istifadə edilir"
"Yaşayış evlərinin üzərində günəş panellərinin quraşdırılması həyata keçirilir, həmçinin ikitərəfli sayğac sistemləri tətbiq olunur".
Far.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində keçirilən "Mənzil təminatı böhrandan çıxış və yenidənqurma prosesinin mərkəzində" adlı sessiyada jurnalistlərə açıqlaması zamanı bildirib.
Emin Hüseynov vurğulayıb ki, Azərbaycanda ilk dəfə məhz işğaldan azad edilmiş ərazilərdə ikitərəfli sayğaclardan istifadə edilir. Küçə işıqlandırılmasında isə əsasən günəş enerjisi ilə işləyən "off-grid" sistemlərdən istifadə olunur.
O da qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində enerji təminatının böyük hissəsi alternativ enerji mənbələrinə əsaslanır:
"Xüsusilə su elektrik stansiyalarının bu prosesdə mühüm rol oynayır. Bunun bölgədə dayanıqlı iqtisadi modelin formalaşmasına töhfə verəcək.
Bundan əlavə, müxtəlif beynəlxalq tərəfdaşlarla günəş və külək elektrik stansiyalarının qurulması istiqamətində layihələrin həyata keçirilib. Bütün enerji layihələrinin isə hər bir ərazi üzrə ayrıca təhlil aparılaraq tətbiq edildib" - deyə Emin Hüseynov əlavə edib.
Qeyd edək ki, WUF13 artıq 5 gündür davam edir.
Mayın 22-də yekunlaşacaq forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər
-
Eskobar: Kolumbiya WUF13 çərçivəsində təqdim olunan yeni imkanları yüksək qiymətləndirir
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
Anar Quliyev: "Baku Urban Award" dünyanın müxtəlif regionlarında balanslı şəkildə formalaşdırılacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub
-
İngiltərədə uşaq istismarı ilə bağlı qalmaqal: 20 nəfərə ümumilikdə 277 il həbs













