Gürcüstanda toyda azərbaycanlılar arasında mübahisə - Ölümlə nəticələndi
Far.Az xəbər saytı

Gürcüstanda toyda azərbaycanlılar arasında mübahisə - Ölümlə nəticələndi


Gürcüstanın Qardabani bələdiyyəsinin Qara Təhlə kəndində baş verən mübahisə 1 nəfərin ölümü, 4 nəfərin ağır xəsarətlər alması ilə nəticələnib.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 5-i axşam saatlarında kənddə keçirilən toy mərasimi zamanı başlayıb, daha sonra kafedə davam edib.

Məlumata görə, Fail Əliyev və Aydın Məmmədov adlı şəxslər arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib. Daha sonra A.Məmmədovun övladları F.Əliyevin evinə hücum ediblər. Qarşıdurma zamanı Fail Əliyevin oğlu üç nəfəri bıçaqlayıb.

Xəsarət alan şəxslər ərazini tərk edərkən avtomobillə F.Əliyevin üzərindən keçiblər. Nəticədə o, hadisə yerində keçinib.

Yaralanmış digər şəxslər Rustavidəki xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Gürcüstanda toyda azərbaycanlılar arasında mübahisə - Ölümlə nəticələndi

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər