“Haber Global”: Azərbaycan meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verir
Far.Az xəbər saytı

“Haber Global”: Azərbaycan meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verir


Türkiyənin “Haber Global” kanalı Azərbaycanın meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə verdiyi dəstəklə bağlı material hazırlayıb.

“Report” xəbər verir ki, materialda Prezident İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə göndərilən amfibiya təyyarəsindən söz açılıb.

Bildirilib ki, Türkiyənin günlərlə meşə yanğınları ilə apardığı mübarizəyə Azərbaycan da öz dəstəyini əsirgəməyib:

“Prezident İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə göndərilən Be-200 amfibiya təyyarəsi gəldiyi ilk gündən etibarən, İzmir və Muğla bölgələrində yanğınla mübarizəyə ciddi dəstək verir. Bu təyyarə 12 ton su tutumu ilə yanğının nəzarətə götürülməsində əhəmiyyətli rol oynayır və gəldiyi gündən yanan əraziyə 114 ton suyu boşaldıb.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti tam hazır vəziyyətdə gözləyir. Türkiyə tərəfi köməyə ehtiyac görərsə, həmin şəxsi heyət yanğının söndürülməsinə cəlb olunacaq”.

Materialda son yanğınların intensivləşdiyi gün iki ölkə başçısının telefon danışığına toxunulub və bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə göndərilən yanğınsöndürmə təyyarəsi hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir.

Oxşar xəbərlər

“Haber Global”: Azərbaycan meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verir - VİDEO
FHN rəsmisi: Səhər Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəyik
FHN rəsmisi: Səhər saatlarında Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəyik
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycanın amfibiya tipli təyyarəsi İzmirdə eniş edib - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər