Rusiyanın hücumu nəticəsində Krivoy Roqda yaralananların sayı 13-ə çatıb - YENİLƏNİB
Rusiyanın raket hücumu nəticəsində Krivoy Roqda yaralananların sayı 13 nəfərə çatıb.
"Far.Az" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Krivoy Roq rayon hərbi administrasiyasının rəisi Yevgeni Sitniçenkonun "Telegram" kanalına istinadən məlumat yayıb.
Yevgeni Sitniçenkonun sözlərinə görə, axtarış-xilasetmə işləri davam etdirilir və yaralı sayının artacağı istisna olunmur.
"Doqquz yaralı xəstəxanaya yerləşdirilib, onların arasında 7 yaşlı oğlan və 16 yaşlı yeniyetmə var. Bir nəfərin ayağı qopub, onu əməliyyat ediblər. Şəhərdə təxminən 15 çoxmənzilli ev və yaxınlıqda olan avtomobillər zərər görüb", - məlumatda deyilir.
Qeyd olunub ki, Rusiya qoşunları son günlər Krivoy Roqa kütləvi hücumlar edir. İki özəl müəssisə zərər görüb, infrastruktur obyektləri dağıdılıb.
Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə ballistik raketlər və dronlarla hücum edib.
"Far.Az" Ukrayna mediasına istinadən xəbər verir ki, zərbələrdən biri yaşayış evinə düşüb, nəticədə beş sakin xəsarət alıb.
"Rusiyanın zərbəsi nəticəsində Krivoy Roqda 5 nəfər xəsarət alıb, onlardan biri uşaqdır. Yaralı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib", - Krivoy Roq rayon hərbi administrasiyasının rəisi Yevgeni Sitniçenko yazıb.
Oxşar xəbərlər
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyədə avtomobil çay yatağına aşıb, ölən və yaralananlar var
-
Rusiya ordusu Ukraynaya hava zərbələri endirib
-
Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirilib
-
Azərbaycanda bəzi məlumatlara görə saytlara giriş məhdudlaşdırılacaq
-
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
-
Qeşm adasında xilasetmə işləri aparılır - YENİLƏNİB













