"Kinon" abunəliyini bank kartı ilə ödəmək mümkündür
Far.Az xəbər saytı

"Kinon" abunəliyini bank kartı ilə ödəmək mümkündür


Azercell "Kinon" tətbiqi çərçivəsində istifadəçi təcrübəsini daha da təkmilləşdirmək məqsədilə yeni ödəniş üsulunu təqdim edib.

Artıq abunəçilər "Kinon" xidmətinin ödənişini yalnız mobil balans vasitəsilə deyil, bank kartı ilə də həyata keçirə bilərlər.

Yeni funksiya istifadəçilərə daha çevik və rahat ödəniş imkanları yaradır. Bank kartı ilə ödəniş zamanı müştərilər öz banklarının təqdim etdiyi keşbek və bonus proqramlarından yararlanmaq imkanı əldə edirlər.

"Kinon" platformasında kart məlumatlarının qorunması beynəlxalq təhlükəsizlik standartlarına uyğun şəkildə təmin olunur. Eyni zamanda, ödəniş prosesində "3D Secure" (3DS) autentifikasiyası tətbiq olunur ki, bu da əməliyyatların birbaşa kart sahibi tərəfindən təsdiqlənməsini təmin edərək icazəsiz ödənişlərin qarşısını alır.

Yeni funksiya sayəsində istifadəçilər cəmi bir neçə toxunuşla abunəliyi aktivləşdirə və ya yeniləyə, həmçinin mobil balans və bank kartı arasında seçim edərək ödəniş üsulunu öz istəklərinə uyğun müəyyən edə bilərlər.

Qeyd edək ki, "akart" rəqəmsal kartı ilə "Kinon" abunəliyinin ödənişi zamanı istifadəçilərə 10% keşbek təqdim olunur.

Xatırladaq ki, "Kinon" tətbiqini "Play Store" və "Apple Store" mağazalarından yükləmək mümkündür.

Oxşar xəbərlər

Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər