Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb. Nazirlər Kabinetinin təsdiqlədiyi yeni Qaydalar təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsini nəzərdə tutur. Bu qərar vətəndaşlar üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verir.
Yeni Qaydalara əsasən ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavə olunan sənədlər rəqəmsal formatda formalaşdırılacaq və hüquqi qüvvəyə malik olacaq. Bununla da, təhsil haqqında dövlət sənədlərinin təqdim edilməsi prosesi tam rəqəmsal müstəviyə keçəcək.
Vətəndaşlar təhsil haqqında sənədlərini "mygov" platforması üzərindən təqdim edə biləcək və bu sənədlər tam hüquqi qüvvəyə malik olacaqdır. Bunun üçün "mygov" platformasında "Xidmətlər" bölməsindən "Təhsil" kateqoriyasını seçərək müvafiq məlumat və sənədlərə çıxış əldə etmək mümkün olacaqdır. Bundan əlavə, vətəndaşlar təhsil məlumatlarını "mygov" tətbiqi üzərindən QR kod vasitəsilə paylaşa, həmçinin sənədləri PDF formatında yükləyə bilərlər. Tətbiqdə yer alan "Paylaşdığım məlumatlarım" bölməsi vasitəsilə isə təhsil məlumatlarının nə vaxt, kimlə və hansı platformada paylaşıldığına dair tarixçəni izləmək mümkündür.
Bu günə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində bir sıra təhsil məlumatları rəqəmsallaşaraq "mygov"-a inteqrasiya olunub. Hazırda platforma üzərindən diplom və xarici diplom məlumatları, tələbə bileti, tələbə və məzun statusu, xaricdə təhsil üzrə Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil məlumatları, peşə və ümumi təhsil sənədləri, cari ali və orta ixtisas təhsili, cari ümumi təhsil haqqında məlumatlar, eləcə də imtahana buraxılış vərəqəsi kimi sənəd və məlumatlar vətəndaşlara təqdim olunur. Sənəd və məlumatların əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi və platforma üzərindən daha çox təhsil məlumatının əlçatan edilməsi istiqamətində müvafiq işlər davam etdirilir.
"mygov" mobil tətbiqini yükləmək üçün keçid: App Store | Play Store
Sosial media hesablarını izləmək üçün keçid
Oxşar xəbərlər
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
-
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb - YENİLƏNİB
-
Çapayevdə nəqliyyatın hərəkəti iflic olub













