Yunanıstan XİN: Hətta sanksiya tətbiq olunmuş gəmilər belə hücumlara məruz qala bilməz
Far.Az xəbər saytı

Yunanıstan XİN: Hətta sanksiya tətbiq olunmuş gəmilər belə hücumlara məruz qala bilməz


Heç kimin Aralıq dənizində, hətta Avropa İttifaqının sanksiya siyahısına daxil edilmiş gəmilərə hücum etmək və ya onları batırmaq hüququ yoxdur.

"Far.Az" xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lana Zohyu bildirib.

Onun sözlərinə görə, Afina "kölgə donanması" və hücum üçün mümkün "qanuni hədəflər" barədə məlumat almayıb:

"Hətta sanksiyalar altında olan gəmilər belə haqlı hədəf hesab edilə bilməz. Heç kimin onlara hücum etmək, onları batırmaq və ya insan həyatını və dəniz mühitini təhlükəyə atmaq hüququ yoxdur".

XİN rəsmisi qeyd edib ki, Afinanın hadisə ilə bağlı mövqeyi Yunanıstan Milli Müdafiə Baş Qərargahının rəsmi rəyindən sonra formalaşacaq. Bundan sonra Yunanıstan tərəfi ikitərəfli və beynəlxalq səviyyələrdə demarşlara keçə bilər.

Daha əvvəl "Skai" televiziya kanalı xəbər verib ki, yunan balıqçısı Lefkada adası yaxınlığındakı bir mağarada partlayıcı maddələrlə dolu və işlək mühərrikli Ukraynaya məxsus "Magura V5" dəniz dronu aşkar edib. Kanalın məlumatına görə, dronun Rusiya limanından yanacaq daşıyan gəmiyə hücum üçün nəzərdə tutulan ola biləcəyi ehtimal olunur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər