Rimas Kurtinaitis: "NTD ilə matçda komandanın çıxışından razı qaldım"
Far.Az xəbər saytı

Rimas Kurtinaitis: "NTD ilə matçda komandanın çıxışından razı qaldım"


"Sabah"ın baş məşqçisi Rimas Kurtinaitis komandasının Azərbaycan Basketbol Liqasının XII turunda NTD ilə matçdakı çıxışından razı qalıb.

"Report" xəbər verir ki, litvalı mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

O, beynəlxalq arenadakı çıxışdan sonra fasilənin komandaya müsbət təsir etdiyini bildirib:

"Fasilə oyunçulara faydalı oldu. Çempionlar Liqasında keçirdiyimiz gərgin oyunlardan sonra basketbolçuların bir qədər istirahətə ehtiyacı var idi. Başqa sözlə, komandaya mənəvi olaraq yenilənmə lazım idi. Oyunçuların enerjisini və istəkli olmasını bəyəndim. Ümumilikdə komandanın meydandakı çıxışından razı qaldım".

Qeyd edək ki, "Sabah" - NTD matçı birincilərin 121:76 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər

"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Azərbaycan Basketbol Liqasının XII turunda "Sabah" NTD-ni məğlub edib
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər