Tahir Baxşıyev: "Sabah" kimi güclü rəqibə qarşı oynamaq çox çətindir"
NTD komandasının baş məşqçisi Tahir Baxşıyev "Sabah" kimi güclü rəqibə qarşı oynamağın çox çətin olduğunu bildirib.
"Far.Az" xəbər verir ki, bunu mütəxəssis Azərbaycan Basketbol Liqasının XII turunda "Sabah"a məğlubiyyətdən sonra deyib.
O, belə matçların komandaya fayda verdiyini vurğulayıb:
"Oyunçular belə matçlara necə köklənməli olduqlarını anlamalıdırlar. Rəqib çox güclüdür. Lakin bu cür oyunlar bizə təcrübə baxımından fayda verir".
T.Baxşıyev əsas diqqətin kubok matçına yönəldiyini əlavə edib:
"Dörd gün sonra bizi "Sumqayıt"la kubok oyunu gözləyir. Məhz buna görə bu görüşdə 25 dəqiqədən çox iki yerli oyunçu ilə çıxış etdik. Hazırda bütün fikirlərimiz Kubok oyununa yönəlib".
Qeyd edək ki, "Sabah" - NTD matçı birincilərin 121:76 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur













