Qusarda keçirilən beynəlxalq dağ xizəyi turniri başa çatıb
Qusarda keçirilən "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub.
"Report" Azərbaycan Qış İdmanı Növləri Federasiyasına (AQNİF) istinadən xəbər verir ki, Beynəlxalq Xizək Federasiyasının (FIS) təqviminə əsasən təşkil olunan yarışın sonuncu günündə idmançılar slalom növündə mübarizə aparıblar.
AQNİF və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan yarışın nəticələrinə əsasən, Qazaxıstan idmançısı Kseniya Brejnaya fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qazaxıstanın digər təmsilçi Dalel Talkunova gümüş, Özbəkistan xizəkçisi Kseniya Qriqoreva isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan 25 qadın idmançı birincilik uğrunda yarışıb. Yarışda ölkəmizi dağ xizəkçisi Anastasiya Papatoma təmsil edib.
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













