Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
Far.Az xəbər saytı

Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır


İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil.

"Far.Az" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin mesajının məzmunu yüksək səviyyəli görüşlərdə müzakirə edilib. Bununla belə, vasitəçilərin məsləhətləşmələri davam etdiyi müddətdə Tehran Vaşinqtonla birbaşa təmasa ehtiyac görmür.

Əraqçi vurğulayıb ki, ABŞ nümayəndələri ilə mümkün görüş barədə xəbərlər hələ ki, medianın fərziyyələri olaraq qalır. Gələcək danışıqların formatı - birbaşa və ya vasitəçilər vasitəsilə - barədə qərar ABŞ İranın tələbləri ilə razılaşdıqdan sonra qəbul ediləcək.

Bu tələblər sırasına İslamabad Anlaşma Memorandumundan sonra tətbiq edilən sanksiyaların ləğvi, regionda ABŞ-nin hərbi mövcudluğunun azaldılması, sanksiya rejimindən neft üzrə istisnaların bərpası və İranın dondurulmuş bütün aktivlərinin, o cümlədən Qətərdəki aktivlərin blokdan çıxarılması daxildir.

XİN rəhbəri bildirib ki, İran nümayəndə heyəti məsləhətləşmələri davam etdirmək üçün Qətərdədir. Onun sözlərinə görə, Qətər və Pakistan vasitəçiləri də Tehranın şərtlərinin müzakirəsini davam etdirirlər.

Hörmüz boğazı ətrafındakı vəziyyətə toxunan Əraqçi bildirib ki, İranın təşəbbüsü onun blokdan çıxarılması üzrə yeganə işlək plan olaraq qalır. Onun sözlərinə görə, Qətər onun həyata keçirilməsi müddətini beş günə endirməyi təklif edib, lakin tərəflər iki günlük müddəti olan variantı nəzərdən keçirirlər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər