Qara Qarayev Azərbaycanın U-21 millisində işə başlayıb
Far.Az xəbər saytı

Qara Qarayev Azərbaycanın U-21 millisində işə başlayıb


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinatlar həyata keçirilib.

AFFA-dan "Report"a verilən məlumata görə, qərara əsasən, Rəşad Hüseynov U-21-in məşqçisi, Qara Qarayev isə analitik vəzifəsinə təyin olunub.

AFFA rəhbərliyi yeni təyinatların 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin inkişafına, gənc oyunçuların hazırlıq prosesinin daha səmərəli təşkilinə və beynəlxalq oyunlara daha sistemli şəkildə hazırlanmalarına töhfə verəcəyinə ümid edir.

Qeyd edək ki, 25 yaşından məşqçilik fəaliyyəti ilə məşğul olan Rəşad Hüseynov müxtəlif illərdə "Rəvan", "Zirə", "Sabah" və "Neftçi" klublarında çalışıb. 36 yaşlı mütəxəssis "Sabah"da əsas komandanın baş məşqçisinin köməkçisi vəzifəsini də yerinə yetirib.

Azərbaycan futbolunun tanınmış simalarından olan Qara Qarayevin isə peşəkar karyerasının böyük hissəsi "Qarabağ"la bağlı olub. Milli komandamızın 33 yaşlı sabiq yarımmüdafiəçisi daha sonra "Neftçi" və "Araz-Naxçıvan"da çıxış edib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər