Səudiyyədə "Trump" brendi altında 10 milyard dollarlıq layihələrə başlanılır
Far.Az xəbər saytı

Səudiyyədə "Trump" brendi altında 10 milyard dollarlıq layihələrə başlanılır


Səudiyyə Ərəbistanının inkişaf şirkəti "Dar Global" Ər-Riyad və Ciddədə "Trump" brendi altında iki layihə həyata keçirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Ümumi investisiya dəyəri təxminən 10 milyard dollar qiymətləndirilir.

Ər-Riyadda Səudiyyə Ərəbistanı paytaxtının qərb hissəsinin inkişafı üzrə ən böyük layihələrdən biri olan Diriyyə rayonunda "Trump National" qolf klubu və "Trump International" otelinin tikilməsi, Ciddədə isə ofis və yaşayış əmlakını özündə birləşdirəcək çoxfunksiyalı "Trump Plaza" kompleksinin inşası planlaşdırılır.

Layihələrin dörd-beş il ərzində tamamlanması gözlənilir.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər