Tacikistanda 15 yaşlı dünya çempionu öldürülüb
Far.Az xəbər saytı

Tacikistanda 15 yaşlı dünya çempionu öldürülüb


Tacikistanda 15 yaşlı MMA döyüşçüsü Məhəmmədəli Sadulloyev həmyaşıdları ilə baş verən münaqişə nəticəsində öldürülüb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Qarışıq Döyüş Sənətləri Federasiyası məlumat yayıb.

Hadisə yanvarın 11-dən 12-nə keçən gecə Kulab şəhərindəki kompüter klublarından birində baş verib. Münaqişə zamanı M.Sadulloyev ürək nahiyəsindən bıçaq zərbəsi alıb. Hadisə nəticəsində daha iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları iki şübhəli şəxsi saxlayıb, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.Sadulloyev 2024-cü ildə MMA üzrə gənclər arasında dünya çempionatının qalibi olub. O, 2025-ci ildə həm də Tacikistan çempionu adını qazanmışdı.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər