"Sumqayıt"ın baş məşqçisi: "OFK ilə matçda fərdi səhvlər ucbatından qollar buraxdıq"
"Sumqayıt" Serbiyanın OFK (Belqrad) klubuna qarşı keçirdiyi yoxlama oyununda fərdi səhvlərdən qollar buraxıb.
"Far.Az" xəbər verir ki, bunu "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Saşa İliç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında keçirdikləri hazırlıq matçı barədə danışıb:
"Hazırlıq oyunlarında nəticə əsas deyil. Önəmli olan bütün oyunçuları iş başında görmək və müxtəlif taktiki gedişləri yoxlamaqdır. Bu gün də həm təcrübəli, həm də gənc futbolçuların oyununu gördük və həmçinin bir neçə taktiki gedişi sınadıq. Hələ də bəzi boşluqlarımızın olduğunu deməliyəm. Bu dəfə də fərdi səhvlər ucbatından qollar buraxdıq. Bütün bunların fərqindəyik. Səhvlərimizin aradan qaldırılması üçün çalışırıq. Qarşıda bir yoxlama oyunumuz qalıb. Ümid edirik ki hazırlıq prosesinin sonuna qədər qarşımıza qoyduğumuz bütün tapşırıqları icra edib, çempionatın ikinci yarısına tam hazır olacağıq".
Qeyd edək ki, "Sumqayıt" - OFK görüşü rəqib komandanın 4:1 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













