ABŞ-nin strateji neft ehtiyatları 44 ildən sonra ən aşağı səviyyəyə düşdü
Far.Az xəbər saytı

ABŞ-nin strateji neft ehtiyatları 44 ildən sonra ən aşağı səviyyəyə düşdü


ABŞ-nin strateji neft ehtiyatları həftə ərzində təxminən 400 min barel azalaraq uzun illərdən sonra ən aşağı səviyyəyə düşüb.

Far.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ABŞ-nin strateji neft ehtiyatları 1982-ci ilin oktyabr ayından bəri ən aşağı səviyyə olan 282,2 milyon barelə düşüb.

Bununla da neft ehtiyatları həftə ərzində təxminən 400 min barel azalıb

Daha aşağı səviyyə sonuncu dəfə 1982-ci ildə, 15 oktyabrda bitən hesabat həftəsinin sonunda qeydə alınıb və həmin ildə ehtiyatlar 280,802 milyon barel təşkil edib.

ABŞ-nin Strateji Neft Ehtiyatları bu ilin avqust ayının sonlarında 1982-ci ildən bəri ən aşağı səviyyəyə çatmağa başlayıb.

Oktyabrın əvvəlində isə bu rəqəm 283 milyon barelə düşüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər