Runi "Mançester Yunayted"in məşqçi heyətinə qoşulmağa hazırdır
Far.Az xəbər saytı

Runi "Mançester Yunayted"in məşqçi heyətinə qoşulmağa hazırdır


"Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runi klubdakı vəziyyət barədə danışıb, həmçinin komandanın məşqçi heyətinə qoşulmaq istədiyini açıqlayıb.

"Far.Az"un məlumatına görə, Runi bu açıqlamanı BBC-nin podkastında verib.

"Mayklın (Kerrik), Fletçin (Darren Fletçer), Con O Şinin və ya mənim gəlməyimizdən asılı olmayaraq, klubun onu daxildən bilən, qayğı göstərən və "Mançester Yunayted" oyunçusu olmağın nə demək olduğunu başa düşən insanlara ehtiyacı var. Klub öz kimliyini, ailə hissini itirib, əgər istəyirsinizsə.

İstər Ule (Ule-Qunnar Sulşer), istərsə də Maykl olsun, bu, "Mançester Yunayted" ruhunu komandaya qaytarmaq üçün bir fürsətdir. Kerrikin heyətinə qoşulardımmı? Əlbəttə. Bu, çətin deyil. İş istəmirəm. Sadəcə hamının bilməsi üçün deyim ki, əgər məndən heyətə qoşulmaq istənilsəydi, mütləq qəbul edərdim", - Runi deyib.

Oxşar xəbərlər

"Mançester Yunayted" Ueyn Runinin oğluna qadağa qoyub
Salah Premyer Liqada Runinin rekordunu keçib
Ueyn Runi Çempionşip klubu ilə yolları ayırıb
Ueyn Runi baş məşqçisi olduğu klubdan qovula bilər
Gürcü spiker: Trampın BBC-yə qarşı iddiası bizim mövqeyimizi gücləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər