"Quba"nın baş məşqçisi: "Sevdindirici haldır ki, "Naxçıvan"a qalib gəldik"
"Quba"nın "Naxçıvan"a qalib gəlməsi sevindirici haldır.
"Report" xəbər verir ki, bunu "Quba" basketbol komandasının baş məşqçisi Şəhriyar Əsgərov "Naxçıvan"a qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qalib gəldikləri görüş barədə klubun mətbuat xidmətinə danışıb:
"Birinci kubok oyunumuzda qalib gəldik. Hündür boylu oyunçularımız olmasa da, komanda olaraq yaxşı çıxış etmək istəyirdik. Basketbolçularımızın yaxşı oyun sərgilədiyini söyləyə bilərəm. Yekunda güclü müdafiə xətti ilə "Naxçıvan"ın hündür oyunçularını müəyyən qədər neytrallaşdıra bildik. Rəqibin bəzi oyunçuları bizə əvvəlcə çox problem yaratdı, amma dəyişikliklər edib, oynadıq. "Naxçıvan" çox güclü komandadır, balanslı heyətə malikdir. Gözəl mübarizəyə görə rəqib komandaya təşəkkür edirəm. Sevdindirici haldır ki, qalib gəldik".
Qeyd edək ki, "Quba" "Naxçıvan"a 105:98 hesabı ilə qalib gələrək Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ucuz qiymətə bazarlıq etmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR
İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib
Bolt Accelerator Demo Day: Azərbaycanda innovasiya və sahibkarlığı dəstəkləyən final təqdimatı uğurla başa çatdı
Şəhid gizir Şəhriyar Quliyevin anım günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
-
Coratda qadın qətlə yetirilib, əri şübhəli bilinir













