Ucuz qiymətə bazarlıq etmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR
Bakıda "Mövsüm Yarmarkası" fəaliyyətə başlayıb və paytaxt sakinlərinə yerli fermer məhsullarını bazar qiymətlərindən xeyli ucuz almaq imkanı yaradır.
Far.Az-in məlumatına görə, yarmarka fermerlərin məhsullarını vasitəçi olmadan birbaşa satmasına şərait yaratdığı üçün qiymətlər minimum səviyyədə saxlanılır.
Məhsulların keyfiyyətinə isə AQTA nəzarət edir.
Yarmarkadakı qiymətlər isə alıcıların ən çox diqqətini çəkən məqamdır. Burada alma 50 qəpikdən başlayır, 3 manatadək yüksəlir ki, bu da bazarlardakı orta qiymətlərdən aşağıdır. Mandarin və feyxoa 70–80 qəpikdən təklif olunur, portağalın qiyməti isə maksimum 2.30 manatdır.
Narın 1.30–4.50 manat intervalında dəyişməsi məhsulun sortuna görə ucuz seçim imkanı yaradır. Soğan və kartofun 40–60 qəpik, xurmanın isə cəmi 50 qəpik olması xüsusilə diqqət çəkir. Karalyok üçün 90 qəpik – 1.20 manat aralığı mövsümün ən sərfəli təkliflərindən sayılır.
Yarmarkada bəzi məhsulların qiymətləri:
| Məhsul | Qiymət aralığı |
|---|---|
| Alma | 0.50 qəpik – 3 manat |
| Mandarin | 0.70 qəpik – 2 manat |
| Feyxoa | 0.80 qəpik – 2.30 manat |
| Portağal | 1.40 – 2.30 manat |
| Nar | 1.30 – 4.50 manat |
| Soğan | 0.40 – 0.60 qəpik |
| Kartof | 0.90 – 1.10 manat |
| Xurma | 0.50 – 0.60 qəpik |
| Karalyok | 0.90 – 1.20 manat |
Qalereya
Orxan Hüseyn
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi "Mövsüm yarmarkası"ndan REPORTAJ
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb













