Azərbaycanın üç ABŞ universiteti ilə aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub
Far.Az xəbər saytı

Azərbaycanın üç ABŞ universiteti ilə aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ABŞ-yə səfəri çərçivəsində Oklahoma Dövlət Universiteti, Lenqston Universiteti və Merilend Universitetinin nümayəndələri ilə görüşlər keçirib.

"Far.Az" xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

Görüşlərdə Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında imzalanmış ikili diplom proqramının icrası müzakirə olunub. Bildirilib ki, gələn ildən etibarən ilk tələbə mübadiləsi həyata keçiriləcək.

Tərəflər universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, ikili diplom proqramı üzrə ixtisasların sayının artırılması, elmi-tədqiqat və akademik əlaqələrin gücləndirilməsi məsələlərini də nəzərdən keçiriblər.

Səfər çərçivəsində Məcnun Məmmədov Lenqston Universitetinin nəzdində fəaliyyət göstərən Amerika Keçiçilik İnstitutunun fəaliyyəti və elmi-tədqiqat işləri ilə tanış olub. Keçiçilik sahəsində elmi və praktiki nailiyyətlərin paylaşılması, təcrübə mübadiləsi və birgə tədqiqat layihələrinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Merilend Universitetinin Kənd Təsərrüfatı və Təbii Ehtiyatlar Kollecinə səfər zamanı isə Rəqəmsal və Dəqiq Kənd Təsərrüfatı Laboratoriyasının fəaliyyəti ilə tanışlıq olub.

Təqdimatda süni intellekt texnologiyalarının kənd təsərrüfatında tətbiqi, suvarma qrafiklərinin optimallaşdırılması, bitki xəstəliklərinin erkən aşkarlanması və diaqnostikası istiqamətində aparılan tədqiqatlar barədə məlumat verilib.

Nazir qeyd edib ki, bu əməkdaşlıq istiqamətləri Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, aqrar təhsildə müasir yanaşmaların tətbiqinə və kənd təsərrüfatının prioritet sahələri üzrə elmi potensialın gücləndirilməsinə töhfə verəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər