Həvəskar tennisçi dünya ulduzlarını məğlub edərək böyük məbləğdə mükafat qazanıb
Far.Az xəbər saytı

Həvəskar tennisçi dünya ulduzlarını məğlub edərək böyük məbləğdə mükafat qazanıb


Həvəskar tennisçi Cordan Smit "Australian Open 2026" çərçivəsində təşkil olunan "1 Point Slam" turnirində dünya ulduzlarını məğlub edərək 1 milyon Avstraliya dolları (təxminən 670 min ABŞ dolları) qazanıb.

"Far.Az" xarici KİV-ə istinadən xəbər verir ki, qeyri-adi formatda keçirilən yarışda həm dünya ulduzları, həm də aşağı reytinqli, həvəskar idmançılar mübarizə aparıblar.

Turnirin qaydalarına əsasən, kişi və qadın tennisçilər eyni şəbəkədə yarışıblar və matçda qalib gəlmək üçün cəmi bir xal qazanmaq kifayət edib.

Cordan Smit çempionluq yolunda Pablo Karrenyo-Busta, Yannik Sinner, Amanda Anisimova və Pedro Martinesi mübarizədən kənarlaşdırıb. O, həlledici qarşılaşmada dünya reytinqində 117-ci pillədə qərarlaşan Coanna Qarlandı məğlub edərək əsas mükafata sahib çıxıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər