AFFA ilə FIFA arasında lisenziya müqaviləsi imzalanıb
Far.Az xəbər saytı

AFFA ilə FIFA arasında lisenziya müqaviləsi imzalanıb


AFFA Azərbaycan futbolunun beynəlxalq imicini artırmaq məqsədi ilə FIFA ilə lisenziya müqaviləsi imzalayıb.

"Report" xəbər verir ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir.

Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, Yüksək Qızlar Liqasının hər turdan seçilmiş iki matçı, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.

Qarşılıqlı razılaşma əsasında əlavə yarışlar da daxil edilə bilər.

Seçilmiş məzmun Azərbaycan futbolunun beynəlxalq rəqəmsal mövcudluğunu daha da gücləndirmək və AFFA-nın qlobal əhatə dairəsini genişləndirmək səylərini dəstəkləmək üçün FIFA-nın rəsmi yayım xidməti olan FIFA+-da təqdim oluna bilər.

Oxşar xəbərlər

Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər