DETX: Şuşadan Laçına gedən yolda bulağın ətrafının zibilliyə çevrilməsi barədə yayılan görüntülər araşdırılıb - FOTO
Şuşadan Laçına gedən yolda təbii bulağın ətrafının zibilliyə çevrilməsi barədə” sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və xoşagəlməz vəziyyətin aradan qaldırılması təmin edilib.
Far.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti (DETX) məlumat yayıb.
Bildirilib ki, xidmətin əməkdaşlarının və “Təmiz şəhər” ASC-nin işçilərinin köməyi ilə sahələrin tullantılardan təmizlənməsi təşkil olunub, toplanmış tullantılar Xankəndi poliqonuna daşınıb.
Ərazidə tullantıların atılmasını qadağan edən lövhələrin quraşdırılması üçün işlərə başlanılıb.
"Əhalinin diqqətinə çatdırırıq ki, ictimai yerlərə, yol kənarlarına, təbiət ərazilərinə məişət tullantılarının atılması mövcud qanunvericiliklə qadağandır. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edir: Ölkəmizin bütün ərazilərinin təmiz saxlanılması, tullantılarla çirkləndirilməməsi hər birimizin vətəndaşlıq borcudur. Hüquqi məsuliyyətdən öncə milli dəyərlərə hörmət edib, ərazilərimizin təmizliyini qorumalıyıq", - məlumatda deyilir.
Oxşar xəbərlər
Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Şuşadan Laçına gedən yoldakı bulağın ətrafı təmizləndi - VİDEO
“Səba” istehsalı və satışı dayandırır? - AÇIQLAMA
Şuşa, Laçın və digər yerlərdə ətrafı mühiti çirkləndirənlərin cəzalandırılmasına çağırış edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Bu il ADEX silah sərgisində ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək
-
Ötən gün 25 nəfər saxlanılıb
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb













