“Səba” istehsalı və satışı dayandırır? - AÇIQLAMA
“Səba” Açıq Səhmdar Cəmiyyətinin istehsalı və satışı dayandırması barədə məlumat yayılıb.
Məsələ ilə bağlı şirkətdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "Səba" öz fəaliyyətini dayandırmayıb.
"Səba" ASC digər fəaliyyət istiqamətlərində olduğu kimi, quşçuluğu da 100 faiz təsisçisi özü olduğu törəmə MMC yaradıb və fəaliyyəti ona ötürüb. Hazırda "Səba" brendi ilə toyuq ətinin istehsalı davam edir. "Səba" brendi ilə toyuqların satışı davam edəcək. İstehsalatdakı əməkdaşlar da artıq həmin MMC-nin əməkdaşlarıdır. Fəaliyyətdə hər hansıə dayanma və ya bağlanma yoxdur. "Səba" ASC də hüquqi olaraq öz fəaliyyətini davam etdirir",-ASC-dən qeyd edilib.
Qeyd edək ki, 1997-ci ildə dövlət qeydiyyatına alınan “Səba” ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.
***11.41
"Səba" Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.
Şirkətdən cavab olaraq istehsalın və satışın dayandırılması faktı təsdiqlənib.
Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb. Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb.
"Bəzi əməkdaşlar artıq şirkətdən ayrılıb, digərləri isə özlərinə yeni iş axtarışındadırlar", - məlumatda qeyd edilib.
Qeyd edək ki, ölkə üzrə marketlərdə bir müddətdir "Səba"nın məhsullarına rast gəlinmir.
Xatırladaq ki, ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur. 1997-ci ildə dövlət qeydiyyatına alınan "Səba" ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.
BAKU.WSOxşar xəbərlər
Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Asiya ölkələrinin XİN başçılarının görüşündə müzakirə olunan məsələlər açıqlanıb
-
Azərbaycan bentonit istehsalını 37 %-dən çox artırıb
-
Tramp keçmiş tərəfdaşını satqınlıqda ittiham etdi
-
İstanbulda turistlərin zəhərlənməsi ilə bağlı yeddi nədər saxlanıldı
-
Ayxan Abbasov: "Çox ağır qrupda mübarizə aparırıq"
-
Balıq bazarında canlanma: Ən çox alınan növlər AÇIQLANDI













