Pezeşkian: Xarici valyutanın bölüşdürülməsində korrupsiya məsələsini birdəfəlik həll etmək niyyətindəyik
Hökumət xarici valyuta resurslarının bölüşdürülməsində mövcud korrupsiya məsələsini həll etmək niyyətindədir və bu planın həyata keçirilməsi ilə bazarda stabilliyin bərpasından əlavə, insanların aşağı alıcılıq qabiliyyətinin artmasına şahid olacağıq.
"Report" İran mediasına istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Onun sözlərinə görə, sənaye və kənd təsərrüfatı sektorlarındakı məhsullar üçün xammal istehsalını gücləndirmək, artırmaq da gözlənilir:
"Bu məqsədə çatmaqla ölkənin idxaldan asılılığını azaltmaqla yanaşı, ölkənin xarici valyuta ehtiyatlarının əhəmiyyətli bir hissəsi də qorunub möhkəmləndiriləcək".
Qeyd edək ki, İranda davam edən etirazlar rialın dəyərdən düşməsi ilə başlanıb. Çünki bu, alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Bunun nəticəsində sahibkarlar bazar və mağazaları bağlamaq qərarına gəliblər. Ardınca isə bu boykot İranın hər yerini əhatə edən aksiyalara çevrilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 5 %-dən çox artıb
-
Dünya Bankı ilə su və kənd təsərrüfatı sektorlarında tərəfdaşlığın perspektivləri müzakirə olunub
-
Azərbaycan Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
-
Hövsan üfunətdən xilas edilir: Çirkab sularla bağlı problem necə həll olunur?
-
Salyanda yol qəzası olub, ölən və yaralanan var













