"Turan Bank" maliyyə vəziyyətini açıqlayıb
"Turan Bank" ASC 2025-cü ili 1,223 milyon manat mənfəətlə başa vurub.
"Report" xəbər verir ki, ötən il "Turan Bank"ın gəlirləri 126,657 milyon manat (əvvəlki ilə nisbətən 14,4 % çox), xərcləri 99,187 milyon manat (14,9 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 26,246 milyon manat (20,1 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə "Turan Bank"ın aktivləri 907,176 milyon manat olub ki, bu da illik müqayisədə 6,7 % çoxdur. Bunun 674,846 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,3 % böyüyüb.
Hesabat dövründə "Turan Bank"ın öhdəlikləri 7,3 % artaraq 80,369 milyon manat, o cümlədən depozit portfeli 1,5 % artaraq 468,532 milyon manat, balans kapitalı isə 2,8 % artaraq 104,806 milyon manat olub.
Xatırladaq ki, "Turan Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100,006 milyon manatdır. Bankın səhmlərinin 42,9 %-i 8 hüquqi şəxsə, 57,1%-i isə 20 fiziki şəxsə məxsusdur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
"Sədərək" ticarət mərkəzindəki yanğın məhdudlaşıdırılıb
"Sədərək"dəki yanğın baş verən ərazidən SON GÖRÜNTÜLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













