NTD-nin baş məşqçisi: "Mövsümün qalan hissəsində uğurlu çıxış etməyə çalışacağıq"
Far.Az xəbər saytı

NTD-nin baş məşqçisi: "Mövsümün qalan hissəsində uğurlu çıxış etməyə çalışacağıq"


NTD basketbol komandası mövsümün qalan hissəsində uğurlu çıxış etməyə çalışacaq.

Bu barədə "Far.Az"a paytaxt təmsilçisinin baş məşqçisi Tahir Baxşıyev açıqlama verib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının A qrupunda 12 xalla sonuncu - altıncı pillədə qərarlaşmalarına münasibət bildirib:

"Klub olaraq istədiyimiz transferləri edə bilməmişik. Heyətimizə daha bir basketbolçu cəlb etmək niyyətindəyik. Danışıqlar davam edir, gözləyirik. Ondan sonra bu heyətlə sonadək mübarizə aparacağıq. Mövsümün qalan hissəsində uğurlu çıxış etməyə çalışacağıq".

T.Baxşıyev XIII turda "Abşeron Lions"a qarşı oyuna hazırlaşdıqlarını söyləyib:

"Rəqibimiz çempionatda A qrupunun lideridir. Onların gücünə bələdik, çox yaxşı komandadır. Buna baxmayaraq, biz hər oyunda qalib gəlmək istəyirik. Bunun alınıb-alınmaması başqa mövzudur".

Qeyd edək ki, NTD - "Abşeron Lions" oyunu yanvarın 18-də, saat 18:00-da Bakı İdman Sarayında keçiriləcək.

Oxşar xəbərlər

Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Tahir Qədəşov "Atlant" üzərindən həbsi götürmək üçün hərəkətə keçib - Qalmaqallı dələduzluq işi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər