Yasamalda yaşamaq istəyənlər üçün sərfəli mənzil seçimləri - "Kristal!"
Əlverişli ərazidə, büdcənizə uyğun, özü də tam təmirli mənzil sahibi olmaq? "Kristal"ın "Park Yasamal" yaşayış kompleksi bu istəyinizi reallığa çevirir.
Layihə 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin yaxınlığında, şəhərin əsas istiqamətlərinə rahat çıxışı olan ərazidə yerləşir və 4 hektar ekoloji təmiz sahəni əhatə edir.
"Park Yasamal"da hazır, tikintisi davam edən və əşyalı mənzillərin satışı davam edir. Mənzillər 39,71 m²-dən 120,47 m²-ə qədər dəyişir, 2, 3 və 4 otaq, eləcə də studiya variantlar alıcıların ixtiyarına verilib. Məsələn, 2 otaq studiya, 51,57 m² mənzil üçün cəmi 20 206 manat ilkin ödəniş etmək kifayətdir.
Kompleksdə mənzillər 15%-dən başlayan ilkin ödənişlə, 36 ayadək daxili kreditlə və ya 20 ilədək ipoteka krediti ilə əldə edilə bilər. Üstəlik, burada tətbiq edilən ƏDV geri qaytarılması imkanı alıcılara real üstünlük yaradır. Belə ki, mənzil üçün ödədiyiniz ilkin ödənişin ƏDV məbləği cəmi 30 iş günü ərzində sizə geri qaytarılır. Bu da ilkin ödənişinizi real şəkildə azaltmış olur.
Mənzillər Avropa brendlərinə məxsus keyfiyyətli materiallarla təmir olunur və bütün kommunal xidmətlərlə birlikdə sakinlərə tam təmirli şəkildə təhvil verilir. Səs və istilik izolyasiyası sayəsində isə evinizdə sakit və komfortlu mühit formalaşır.
Mənzillərdə planlama elə qurulub ki, hər kvadratmetr funksionaldır, yəni itkisiz planlanıb. Bu isə alıcı üçün həm daha geniş mənzil, həm də real iqtisadi fayda deməkdir. Kompleksin ümumi planlanması da sakinlərin rahatlığı nəzərə alınaraq həyata keçirilib. Binaların yerləşimi elə qurulub ki, hər bir sakin geniş yaşam ərazisindən maksimum faydalana bilsin. Ərazidə yaşıllıqla zəngin park, özəl uşaq bağçası, 24/7 kamera-nəzarət sistemi və geniş, təhlükəsiz avtodayanacaq mövcuddur. Eyni zamanda, gündəlik həyat üçün lazım olan bütün infrastruktur obyektləri kompleksin ətrafında cəmləşib.
Mənzil satışları sürətlə davam edən "Park Yasamal" yaşayış kompleksində siz də rahat yaşam və ya sərfəli investisiya fürsətini dəyərləndirmək istəyirsinizsə, "Kristal" şirkətinə müraciət edin. Satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edərək ətraflı məlumat ala bilərsiniz.
Ətraflı: *1544
Ünvan: Yasamal rayonu, Müstəqillik küçəsi
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Tam təmirli mənzil sahibi olmaq istəyənlər üçün sərfəli seçim: "Park Yasamal"da 15%-dən başlayan ilkin ödənişlə mənzillər - "Kristal!"
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Daxili kreditlə mənzil arzulayanlara əla təklif: Nərimanovda mənzillər yenidən daxili kreditlə satışdadır - "Kristal!"
"Park Yasamal"da 17 min manat ilkin ödənişlə - 2 otaq studiya mənzil sahibi ola bilərsiniz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağda vulkan püskürüb
-
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
-
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
-
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
-
Prezident: "Xəzər dənizində "yaşıl enerji" ilə bağlı 160 giqavatlıq potensialımız var"
-
Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb













