Böyük texnologiya şirkətlərinin və bankların nümayəndələri Ağ Evdə qəbulda iştirak edəcəklər
Böyük texnologiya şirkətlərinin və bankların nümayəndələri sentyabrın 24-də Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ-ya səfəri münasibətilə Ağ Evdə təşkil olunacaq qəbulda iştirak edəcəklər.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Onun sözlərini Ağ Evin mətbuat xidməti yayıb.
"Deyərdim ki, orada bütün texnologiya dünyası, bütün bank sektoru və bir çox başqa nümayəndələr olacaq", – deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, sentyabrın 24-ü axşam keçiriləcək qəbulda zalın tam dolacağı gözlənilir.
Tramp, həmçinin Ağ Evin ərazisində yeni banket zalının tikintisinin hələ başa çatmamasından təəssüfləndiyini bildirib. Bununla belə, o, tikinti işlərinin planlaşdırıldığından daha sürətlə aparıldığını vurğulayıb.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"













