Tacikistanda 5 maqnitudalı zəlzələ olub
Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Vanç rayonunda 5 maqnitudada zəlzələ qeydə alınıb.
“Far.Az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 00:51-də (Bakı vaxtı ilə saat 23:51) baş verib. Zəlzələnin episentri 33 kilometr dərinlikdə olub. Mərkəzi Asiya ölkələrində zəlzələləri izləyən Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin Seysmoproqnostik Monitorinq Mərkəzi də eyni zamanda ölkədə 4,9 maqnitudada zəlzələ qeydə alıb. Məlumata görə, zəlzələnin episentri cənubda - Dağ-Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzinin - Horoqa şəhərinin yaxınlığında yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib
ABŞ Tacikistanın Rusiyadan yan keçməklə Transxəzər marşrutunda iştirakının tərəfdarıdır
Xəzər dənizində 4 maqnitudada zəlzələ olub
Yaponiya sahillərində 5,8 maqnitudada zəlzələ olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













