Toyuğun ayağı və başı quşlara yedirdilir? - Qalmaqallı müzakirə
Baku TV-nin "Aktual gündəm" verilişində qida texnoloqu Mübariz Vəliyevin səsləndirdiyi "Toyuğun ayağı və başı yenidən toyuqlara yem kimi verilir" sualı, eləcə də broyler toyuğunun geninin dəyişdirilməsi ilə bağlı səsləndirilən fikirlər müzakirələrə, qalmaqala səbəb olub.
Verilişdə Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli sərt mövqe sərgiləyib.
O bildirib ki, elmi biliyi olmayan şəxslərin efirə çıxması düzgün deyil:
"Elmi biliyi olmayan şəxslər efirə çıxmamalıdır. Efirə alimlər çıxmalı, cəmiyyətə tövsiyə xarakterli, elmi əsaslara söykənən fikirlər səsləndirməlidirlər, Mübariz Vəliyev kimi şəxslər bilmədiyi mövzularda danışmamalıdırlar. Biz toyuğun ayağı və başını Çinə ixrac edirik. Bu adama toyuq ətinin tərkibi ilə bağlı sual versəniz, cavablandıra bilməyəcək. Onun bu günə qədər gördüyü iş 50 yerdə aşpazlıq etməkdən ibarət olub. Hər kəs Qida Təhlükəsizliyi Agentliyinin işini görür. Saxta qidanı agentlik aşkar edirsə, saxtakarları kim müəyyən edəcək?"
Mübariz Vəliyev isə bildirib ki, Mürvət Həsənli ondan efirdə broyler mövzusunda danışmamağı xahiş edib:
"Mənə dedi ki, broyler haqqında danışmayım. Hətta broyler barədə necə danışmalı olduğumu da izah etdi. Hazırda isə əsas məsələ kənarda qalıb, məni təhqir edir".
Digər Dünya xəbərləri















