"Mançester Yunayted" yeni baş məşqçisi ilə ilk matçında "Mançester Siti"ni məğlub edib
"Mançester Yunayted" İngiltərə Premyer Liqasının XXII turunda ev oyununda "Mançester Siti"ni 2:0 hesabı ilə məğlub edib.
"Far.Az" xəbər verir ki, prinsipial derbidə Brayan Mbemo (65) və Patrik Dorqu (76) fərqləniblər.
"Mançester Yunayted" yeni baş məşqçi Maykl Kerrik ilə ilk matçını keçirib.
Qeyd edək ki, Ruben Amorim yanvarın 5-də işdən azad olunub, o zaman baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Darren Fletçer icra edib,. Yanvarın 13-də isə Kerrik komandanın baş məşqçisi təyin olunub.
Beləliklə, "Mançester Yunayted" "Mançester Siti"dən revanş ala bilib. Xatırladaq ki, ilk oyunda "Mançester Yunayted" rəqibinə 0:3 hesabı ilə məğlub olub.
"Mançester Siti" XII turda "Nyukasl"a 1:2 hesabı ilə uduzduğu matçdan sonra ilk məğlubiyyətini alıb.
"Qırmızı şeytanlar" qələbə sayəsində 35 xalla turnir cədvəlində dördüncü yerə yüksəlib. "Mançester Siti" ikinci pillədə qərarlaşıb (43), "Arsenal" isə liderdir (49).
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Maykl Kerrik "Mançester Yunayted"in baş məşqçisi təyin edilib
Maykl Kerrik "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
-
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
-
Professor Adilə Abbasova vəfat edib
-
RİNN Niderland şirkəti ilə süni intellekt sahəsində sənəd imzalayıb
-
Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir













