Orban: Qərbi Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır
Far.Az xəbər saytı

Orban: Qərbi Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır


Qərbi Avropa Ukraynaya Rusiya ilə münaqişədə dəstək verməyə davam etməyi planlaşdırır.

Far.Az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bəyan edib. O əlavə edib ki, region ölkələrinin hakimiyyət orqanları artıq birbaşa qarşıdurmaya qoşulmağa hazırlaşırlar.

Hökumət başçısı Qərb liderlərinin planlarını hakim "FİDES – Macar Vətəndaş İttifaqı" partiyasının Mişkolç şəhərində keçirilən fəallar toplantısında açıqlayıb. Tədbir milli telekanallarda yayımlanıb.

"Qərbi Avropada real müharibəyə hazırlıq gedir," – deyə Orban vurğulayıb.

Onun sözlərinə görə, son vaxtlar Avropa İttifaqı liderlərinin iclasları "hərbi şuralara" çevrilib və bu toplantılarda "Rusiyanı necə məğlub etmək olar" kimi ssenarilər müzakirə edilir.

Baş nazir qeyd edib ki, hazırda "müharibə çox yaxındadır", o, "qapını döyür", çünki "müharibənin fiziki məkanı artıq qonşu ölkədə yerləşir."

Orban onu da bildirib ki, əgər FİDES partiyası 12 aprel tarixində keçiriləcək parlament seçkilərində qalib gələrsə, onun hökuməti bu cür hadisələrin inkişafına yol verməmək üçün əlindən gələni edəcək.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər