"Araz-Naxçıvan"ın baş məşqçisi: "Öyrənməli olduğumuz nüanslar var"
Far.Az xəbər saytı

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Öyrənməli olduğumuz nüanslar var"


"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko "Zaqatala" komandası ilə keçirilmiş yoldaşlıq görüşündən sonra hələ bir çox nüansları öyrənməli olduqlarını düşünür.

"Report" xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

Onun sözlərinə görə, bu oyun digər iki matç kimi müəyyən məqamları yoxlamaq məqsədi daşıyıb:

"Hələ öyrənməli olduğumuz nüanslar var. Nəticə əhəmiyyətli deyildi. Uşaqların onlardan istənilənləri nə dərəcədə mənimsədiklərini və necə tətbiq etdiklərini yoxladıq. Əvvəlki görüşlərlə müqayisə etsək, bu gün daha yaxşı oynadıq".

A. Demçenko yaxşı qollar vurduqlarını bildirib:

"Futbolçular onlardan istədiklərimizi qaytarmağa çalışdılar. Yaxşı qollar vurduq. Əlbəttə, səhvlərimiz oldu və onları düzəltmək üçün işləməliyik. Ümumi götürdükdə 13-14 gün hazırlıq keçdik. Bu müddət futbol üçün vaxt baxımından azdır, möcüzə yaratmaq mümkün deyil. Ancaq pozitiv geridönüşlər də gördük".

Qeyd edək ki, bu gün baş tutan görüş Naxçıvan komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər