"Tottenhem" baş məşqçini vəzifəsindən azad edə bilər
Far.Az xəbər saytı

"Tottenhem" baş məşqçini vəzifəsindən azad edə bilər


İngiltərənin "Tottenhem" klubu yaxın vaxtlarda baş məşqçi Tomas Frankı vəzifəsindən azad edə bilər.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klub 52 yaşlı mütəxəssisə dəstək göstərməyə və "Liverpul"da Arne Slotun sabiq köməkçisi Con Heytinqanı heyətə dəvət etməklə məşqçilər korpusunu gücləndirməyə çalışıb. Lakin İngiltərə Premyer Liqasının XXII turunda "Vest Hem"ə məğlubiyyətdən (1:2) sonra T.Frankın istefası gündəmə gəlib.

Hazırda mütəxəssisin gələcəyi ilə bağlı danışıqlar aparıldığı və qərarın çox tezliklə veriləcəyi bildirilib.

Qeyd edək ki, T. Frank 2025-ci ilin iyununda "Tottenhem"lə üçillik müqavilə imzalayıb. Komanda hazırda 27 xalla Premyer Liqanın turnir cədvəlində 14-cü yerdə qərarlaşıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər