AFFA rəsmiləri bölgələrdə uşaq futbol məktəblərini ziyarət ediblər
Far.Az xəbər saytı

AFFA rəsmiləri bölgələrdə uşaq futbol məktəblərini ziyarət ediblər


AFFA-nın Regional Səfər Proqramı çərçivəsində Masallı rayonunun Ərkivan qəsəbəsi, Biləsuvar və Salyan rayonlarına səfər təşkil olunub.

"Report" xəbər verir ki, səfərdə AFFA nümayəndəsi Ramazan Səmədov və AFFA Veteranlar İttifaqının sədr müavini, veteran futbolçu Rüstəm Rəhimov iştirak ediblər.

Proqram çərçivəsində Masallı (Ərkivan), Biləsuvar və Salyan rayonlarında fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinə baş çəkilib, məşq prosesi ilə tanış olunub, məşqçilər və gənc futbolçularla fikir mübadiləsi aparılıb.

AFFA tərəfindən hər bir məktəbə 10 ədəd futbol topu, məşq jiletləri və digər idman ləvazimatları təqdim edilib. Biləsuvar rayonunda səfər çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla görüş keçirilib. Görüş zamanı regionda futbolun inkişafı, uşaq futbol məktəblərinin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

AFFA Regional Səfər Proqramının əsas məqsədi regionlarda futbolun inkişafına dəstək vermək, uşaq və yeniyetmələrin idmana cəlb olunmasını təşviq etmək və yerli qurumlarla əməkdaşlığı gücləndirməkdir

Oxşar xəbərlər

Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər