Ermənistan Xarici Kəşfiyyat Xidməti: Parlament seçkiləri ilə əlaqədar hibrid təhdidlər güclənəcək
Ötən il Ermənistan müxtəlif hibrid təhdidlərin təzahürləri ilə üzləşib ki, bunlar da 2026-cı ilin yayında keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq, çox güman ki, daha geniş miqyas alacaq.
"Report"un məlumatına görə, bu barədə ölkənin Xarici Kəşfiyyat Xidmətinin hesabatında bildirilib.
"Seçkiqabağı dövrdə xarici subyektlər tərəfindən zərərli informasiya fəaliyyətləri yalan və təhrif olunmuş məlumatlarla cəmiyyətə, eləcə də qarşıdan gələn seçkilərdə seçicilərin iradə ifadəsinə təsir etmək məqsədilə Ermənistanın maraqlarına zidd olan diskursların informasiya məkanına daxil edilməsi formasında özünü göstərir. Həm aşkar təbliğatın, həm də gizli informasiya fəaliyyətlərinin kombinasiyası tətbiq olunur", - hesabatda vurğulanıb.
Qurumun qiymətləndirməsinə görə, 2026-cı ildə "Tramp marşrutu" (TRIPP) layihəsinə qarşı hibrid fəaliyyətlər aktivləşəcək.
Bundan əlavə, qeyd edilib ki, 2025-ci ildə artıq Ermənistanın daxili siyasi proseslərinə xarici müdaxilələrin güclənməsi müşahidə olunub: "Qeyd edilən alətlər həm Ermənistanda fəaliyyət göstərən casus şəbəkəsinin və dəstəklənən qüvvələrin aktivləşməsini, həm də Ermənistanın daxili siyasi həyatında xarici qüvvələrlə əlaqəli yeni siyasi qüvvələrin formalaşdırılması istiqamətində fəaliyyətləri əhatə edir".
Seçki dövründə xarici qüvvələr tərəfindən yetişdirilən və istifadə olunan subyektlər arasında iş adamları, din və mədəniyyət xadimləri və s. xüsusi yer tutur. Bundan əlavə, iqtisadi təsir metodlarının da istifadə olunduğu qeyd edilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan və Ermənistan səfirləri Tramp marşrutu təşəbbüsü ilə bağlı tədbirdə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 5 %-dən çox artıb
-
Dünya Bankı ilə su və kənd təsərrüfatı sektorlarında tərəfdaşlığın perspektivləri müzakirə olunub
-
Azərbaycan Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
-
Hövsan üfunətdən xilas edilir: Çirkab sularla bağlı problem necə həll olunur?
-
Salyanda yol qəzası olub, ölən və yaralanan var













