"Qarabağ" yoxlama oyununda Xorvatiya klubunu məğlub edib
Far.Az xəbər saytı

"Qarabağ" yoxlama oyununda Xorvatiya klubunu məğlub edib


Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" komandası növbəti yoxlama oyununda da qələbə qazanıb.

"Far.Az"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Xorvatiya təmsilçisi "Osiyek"i üstələyib.

Qarşılaşma Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə bitib. "Köhlən atlar"ın qollarını 49-cu dəqiqə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqədə Abbas Hüseynov vurublar.

"Qarabağ" bu gün, saat 19:00-da Polşanın "Zaqlembe" komandası ilə də yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın "Neftçi" klubunu beş cavabsız qolla üstələyib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB - 6
FHN şagird və müəllimlərlə təlim keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər