Natiq Məmmədli: Dezinformasiyalar Azərbaycanda mediaya güvəni sarsıdır
Far.Az xəbər saytı

Natiq Məmmədli: Dezinformasiyalar Azərbaycanda mediaya güvəni sarsıdır


Dezinformasiyalar Azərbaycanda mediaya güvəni sarsıdır.

"Far.Az" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli "Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, beynəlxalq media təcrübəsində saxta xəbərlər sayəsində ictimai etimad azalır:

"Yayılan dezinformasiyalar insanların mediaya olan inamını ciddi şəkildə sarsıdır. Buna qarşı hərəkətə keçmək artıq zəruridir. Həm beynəlxalq mediada, həm də ölkəmizdə dezinformasiya ilə mübarizə istiqamətində çoxsaylı addımlar atılır, müəyyən forumlar təşkil edilir".

N.Məmmədli bildirib ki, Azərbaycanda dezinformasiya ilə mübarizədə həm parlament komissiyası səviyyəsində, həm də müxtəlif dövlət orqanlarının səlahiyyəti çəçivəsində mübarizə mexanizmi artıq formalaşıb.

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Medianın İnkişafı Agentliyində Anım Gününə həsr olunan tədbir keçirilib, Zəfər parkı ziyarət edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər