Samir Abasov: "İnanıram ki, 'Qarabağ' "Ayntraxt" üzərində qələbə qazanacaq"
Far.Az xəbər saytı

Samir Abasov: "İnanıram ki, 'Qarabağ' "Ayntraxt" üzərində qələbə qazanacaq"


"Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində Bakıda baş tutacaq "Ayntraxt"la oyunda "Qarabağ"ın qələbə qazanacağını düşünür.

Mütəxəssis bunu "Report" açıqlamasında bildirib.

S.Abasov rəqib komandanın gücünə və oyunun gərgin keçəcəyinə də toxunub:

"Qarabağ'a uğurlar arzulamaq istəyirəm və inanıram ki, mərhələni adlayacaq. Rəqibin adı mənə ağır gəlir, yəni Almaniya çempionatında oynayan bir komandadır. Amma ümid həmişə var. "Qarabağ" həmişə çətin rəqibləri udub, qələbə qazanıb. Özüm də bunları yaşadığımdan bilirəm ki, gərginlik olacaq. Çünki son şans məsələsi var, həm məşqçilər, həm də futbolçular bunu yaxşı bilirlər".

Mütəxəssis "Qarabağ"ın bu mərhələyə qədər gəlməsinin böyük uğur olduğunu vurğulayıb:

"İnanıram ki, qələbə qazanacaqlar. Amma qazansalar da, qazanmasalar da, ən azından bu həyəcanı bizə yaşadıblar. İndi "Ayntraxt"la "Qalatasaray" və "Real"ın deyil, məhz "Qarabağ"ın oyununu müzakirə edirik. Bunları bizə yaşatdıqları üçün "Qarabağ"ın həm məşqçilərinə, həm futbolçularına "çox sağ ol" deyirəm".

Qeyd edək ki, "Qarabağ" – "Ayntraxt" qarşılaşması bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Avropa Liqası: “Qarabağ” FCSB klubuna məğlub olaraq pley-off şansını itirib - YENİLƏNİB-7
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər