İsrailin iki hərbçisi Livanla sərhəddə ölüb
Far.Az xəbər saytı

İsrailin iki hərbçisi Livanla sərhəddə ölüb


“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.

“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "Hizbullah" partlayıcı maddəylə ilə dolu pilotsuz uçuş aparatı ilə Qərbi Qalileya bölgəsinə zərbə endirib. Hadisə nəticəsində "Baram" briqadasının maddi-texniki təminat rotasına komandanlıq edən mayor ölüb, bir əsgər isə yaralanıb.

Bundan əlavə, bildirilib ki, Livandan atılan iki tank əleyhinə raketin Ramim silsiləsi ərazisində ordu mövqelərinə düşməsi nəticəsində “Qolani” briqadasının 51-ci batalyonundan bir serjant ölüb, daha 8 əsgər isə yaralanıb.

Qeyd edək ki, Yaxın Şərq böhranının yeni dalğasının başlanğıcından bəri ölən İsrail əsgərlərinin sayı artıq 715-ə çatıb, 4,4 mindən çox hərbçi xəsarət alıb.

Oxşar xəbərlər

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib
Qərbi Azərbaycana qayıdışla bağlı yeni həmlə: Addım-addım hədəfə doğru - TƏHLİL
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Qərbi Azərbaycan Xronikası: Deportasiya olunan soydaşlarımız Azərbaycanın 58 bölgəsində məskunlaşıb
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər